Свежий варез и софт бесплатно!
***Admin-Hikmet : Sən də öz sms-ni burda görə bilərsən...! ***AzTaC Kollektivi: Saytımızda sizi görməyimizə şadıq!!! ***

Menyu

SaaT

Top 10 xəbər müəllifləri

QARABAGI UNUTMA


Dostuna Tovsiyye Et

Axtarish

Saygac

Reklam Ver


Главная » 2008 » Сентябрь » 2 » Maşın süren xanımlar üçün!
Maşın süren xanımlar üçün!
23:04

Gözəllik, təhlükəsizlik, yoxsa rahatlıq?
Sükan arxasındakı qadının ayaqqabısı idman üslubunda yox, qayıq formalı, pəncəsi süngər, dabanı isə 3-5 sm. olmalıdır.
Sürücü qadın ayaqqabı alan zaman dabanın hündürlüyünə yox, keyfiyyətinə baxmalıdır. Hündürlüyü 15 sm. olan ayaqqabının dabanının qalınlığı 5 sm. olmalıdır.
Sükan arxasına ilk oturduğunuz zaman rahat ayaqqabı geyinin ki, əyləci hiss edəsiniz.
Qışda maşın sürən qadın qaytanlı hündürboğaz çəkmədən uzaq durmalıdır. Çünki əyləci basan zaman qaytanlar ayağı kəsir.
Ayaqqabının altı yumşaq olmalıdır.
Maşında, ayaqların altında soba olduğu üçün sürücü qadın qışda içi isti ayaqqabı geyməməlidir. Ayaqqabı istiliyi 2-3 dəfə artıracaq və ayaqlar nəfəs ala bilməyəcək.
Yay ayaqqabısı isə çox açıq və altı sürüşkən olmamalıdır. Əks halda əyləcin rezini ayağı yara edəcək.

Eynək, yoxsa linza?
Gün eynəyi ilə sükan arxasına keçmək çox təhlükəlidir. Lakin gözləri gündən qorumaq lazımdır. Hər ehtimala qarşı maşında gün eynəyi saxlayın. Gün maşını idarə etməyə mane olarsa, o zaman eynəkdən istifadə edə bilərsiniz. Ucuz gün eynəyini almayın. Çünki o gözləri ağrıdır. Bahalı və keyfiyyətli eynək işığı və yolu olduğu kimi gözlərə ötürəcək.
Optik, eyni zamanda günə qarşı linzalar mövcuddur. Bu linzaların şüşələri günün şüalarının kəskinliyinə görə dəyişir. Linza seçən zaman «xamelyon» şüşəli linzalara üstünlük verin. Tünd linza və eynək qarşıdan gələn maşının faralarını göstərməyəcək. Açıq şüşələrsə gözləri qamaşdıracaq. Yolda yaşıl şüşəli eynək taxmaq məsləhətdir. Qırmızı və çəhrayı eynəyi isə taxmaq olmaz.

Maşın və geyim stili
Hansı kişinin ağlına gələr ki, paltosu və ya çantası rəngində maşın alsın? Lakin bu fikir hər qadının ürəyindən keçə bilər. Geyim stilinə inanıb, imicini avtomarkası ilə əlaqələndirən gözəlçələr üçün stilist-dizaynerlərin məsləhəti:

Stilistlər açıq rəngli bahalı maşınla iri daşlı aksesuarlar, xəz, güpür və məxmərdən tikilmiş paltarlar geyməyi məsləhət görürlər. Cins də geymək olar, amma qaşlı, zərli və bahalı materialdan.

İdman stilli maşınla iri yazılarla bəzədilmiş velyur idman kostyumu və böyük gün eynəyi taxmaq qadını daha cazibədar göstərər.
Klas undefined undefinedshik undefined undefined avtomobilə isə 70-80-ci illərin retro üslubunu seçmək məsləhətdir. Ciddi kostyum və bahalı aksessuarlar bu imicin əsasını təşkil edir.

Kiçicik qadın maşınını üstün tutanlar isə əlvan rənglərdən ibarət geyimlərdən, kiçik çantalardan, əl dəsmalı və incə zərgər əşyalarından istifadə edə bilərlər.



Категория: Xeberler | Просмотров: 3715 | Добавил: HIKMET | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
  



Istifadeci Paneli

Ulduz OL

Sorgu



Mehsur xeberler

Saytın məlumatı


Top 10 sərh yazanlar


Dost Saytlar

ON-LINE



Copyright 2008-2009.
This site modified and designed by: HIKMET
Saytda fəaliyyət göstərən xəbər və şərhlərə görə sayt və saytın adminstrasiyası heç bir məhsuliyyət daşımır.