Свежий варез и софт бесплатно!
***Admin-Hikmet : Sən də öz sms-ni burda görə bilərsən...! ***AzTaC Kollektivi: Saytımızda sizi görməyimizə şadıq!!! ***

Menyu

SaaT

Top 10 xəbər müəllifləri

QARABAGI UNUTMA


Dostuna Tovsiyye Et

Axtarish

Saygac

Reklam Ver


Главная » 2008 » Сентябрь » 3 » Azerbaycanın şou-biznes nümayendeleri oruc tuturlarmı?
Azerbaycanın şou-biznes nümayendeleri oruc tuturlarmı?
11:48

GEYDIYATDAN KECMEDEN YUKLEMEK OLMAZ !!!!
Şou-biznes nümayəndələri arasında oruc tutub-tutmadıqlarına dair sorğu keçirilib.
Sorğu nəticəsində məlum olub ki, ötən illə müqayisədə bu il oruc tutan sənətçilərin sayında xeyli artım var.

Müqəddəs Ramazan ayının bütün günlərində oruc tutacağını deyən Abbas Bağırov ay ərzində iftar süfrəsi açmağı və yardımlar etməyi qarşısına məqsəd qoyub. Əməkdar artist İlqar Muradov da artıq bu gündən oruc tutmağa başlayıb. Bütün ayı oruc tutacağını bildirən sənətçi Allahdan hər bir müsəlmana güc və qüvvət arzulayıb.

Ayaz Qasımov isə artıq bir neçə ildir oruc tutur. O, bu il də ənənəsinə sadiq qalacağını söyləyib. Bu müqəddəs ayı həsrətlə gözlədiyini bildirən Ruhi bütün ayı oruc tutacağını, iftar süfrəsi verəcəyini deyib.

Bir neçə ildir ki, namaz qılan və Ramazan ayında səfərə çıxmamağa çalışan Azərin də bu il ənənəsinə sadiq qalacaq. Artıq bütün ayı oruc tutacağını bildirən sənətçi bu ayın günahların bağışlanması üçün çox böyük fürsət olduğunu vurğulayıb.

Əməkdar artistlər Eyyub Yaqubov, Gülüstan Əliyeva, Nisə Qasımova, Brilliant Dadaşova, Elza Seyidcahan, sənətçi Xuraman Şuşalı, rep ifaçısı Anar Nağılbaz da bütün ayı oruc tutacaqlar. Adlarını sadaladığımız sənətçilər Ramazan ayında bir sıra xeyriyyə işlərini də həyata keçirəcəklərini bildiriblər.

Elariz Məmmədoğlu da oruc tutacağını, Əhya və Qədr gecəsində isə oyaq qalıb Allaha dua edəcəyini bildirib. Ötən il səhhətində problem yaranması ilə əlaqədar beş gün oruc tuta bilmədiyini deyən E. Məmmədoğlu bu il bütün ayı oruc tutmağı düşünür.

Əməkdar artist Aybəniz Haışmova isə səhhətindəki problemlərdən dolayı oruc tutmayacağını bildirib. Ancaq o bir ay ərzində uşaq evlərinə gedəcəyini və iftar süfrəsi təşkil edəcəyini də vurğulayıb.

Faiq Ağayev də məhz səhhətindəki problemlərlə bağlı artıq neçə illərdir, oruc tuta bilmədiyini qeyd edib: “Mən səhhətimlə əlaqədar olaraq oruc tuta bilmirəm. Ancaq anam hər il oruc tutur. Əminəm ki, onun duaları mənə də yazılır. Mən isə bütün ayı savab işlərlə məşğul olacağam”.

Sənətçilərdən Namiq Qaraçuxurlu, Mənzurə Musayeva isə ancaq Əhya və Qədr gecəsində oruc tutacaqlarını bildiriblər. Uzaq səfəri olduğundan bütün ayı oruc tuta bilməyəcəyini deyən Xumar Qədimova səfərdən qayıdandan sonra oruc tutmadığı günlərinin qəzasını tutacağını söyləyib.

Xalq artisti İlhamə Quliyeva da ancaq Əhya və Qədr gecələrində oruc tutacaq. Bütün ayı oruc tutmağa səhhətindəki problemlərin imkan vermədiyini qeyd edən xalq artisti ay ərzində savab işlər görmək niyyətindədir: “Qan təzyiqi bütün ayı oruc tutmağa imkan vermir. Ancaq ay ərzində iftar süfrələri açmağı, uşaq evlərinə yardımlar etməyi düşünürəm”.


Xalq artisti Flora Kərimova, sənətçi İradə İbrahimova isə oruc tutmayacaqlarını bildiriblər. F. Kərimova oruc tutmamasının sənəbi barədə bir söz deməsə də, İ. İbrahimova bunu səfərlərinin olması ilə izah edib. İradə bunun əvəzi olaraq iftar süfrəsi təşkil edəcəyini, zəkat verəcəyini bildirib.

Категория: Xeberler | Просмотров: 707 | Добавил: HIKMET | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
  



Istifadeci Paneli

Ulduz OL

Sorgu



Mehsur xeberler

Saytın məlumatı


Top 10 sərh yazanlar


Dost Saytlar

ON-LINE



Copyright 2008-2009.
This site modified and designed by: HIKMET
Saytda fəaliyyət göstərən xəbər və şərhlərə görə sayt və saytın adminstrasiyası heç bir məhsuliyyət daşımır.